Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI

15.10.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yağışlı havada avtomobil idarə edərkən görünüş məsafəsinin azalması və yolların sürüşkən olması qəza riskini artırır. Belə şəraitdə sürücülərin bir sıra məqamlara diqqət yetirməsi vacibdir.

Avtosfer.az xəbər verir ki, ilk növbədə, görünüşün zəiflədiyi şəraitdə duman əleyhinə faralardan istifadə etmək tövsiyə olunur. Qəza işıq siqnallarını isə avtomobil hərəkətdə olarkən səbəbsiz yerə yandırmaq əvəzinə, yalnız müvafiq hallarda tətbiq etmək lazımdır.

Digər vacib məqam yan güzgülərin görünüşüdür. Bəzi avtomobillərdə güzgülərin qızdırılması funksiyası mövcuddur. Bu funksiya yağış və rütubət səbəbindən güzgülərdə yaranan nəmin aradan qaldırılmasına kömək edir.

Yağışlı havada avtomobilin salonunda şüşələrin buğulanması da sürücülər üçün problem yarada bilər. Bunun qarşısını almaq üçün kondisionerdən və şüşələrə hava yönəldən ventilyasiya rejimindən istifadə etmək olar.

Bundan başqa, yaş yollarda hərəkət zamanı mühərrikin avtomatik dayandırılıb yenidən işə salınması funksiyasının söndürülməsi də tövsiyələr arasında yer alır. Lakin bu funksiyanın su səbəbindən mühərrikə zərər verəcəyi barədə ümumi fikir bütün avtomobillər üçün doğru deyil.

Sürücülərə yağışlı havada sürəti azaltmaq, öndəki avtomobillə ara məsafəsini artırmaq və kəskin manevrlərdən çəkinmək tövsiyə olunur.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью