Yağışlı yolda “KIA” ilə “hoqqa” verən sürücü 10 RY 287 VİDEO

07.05.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində yol hərəkəti qaydalarını pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 10-RY-287 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü yağışlı yolda təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, o, yolun boş olmasından istifadə edərək “şou” göstərib və bu vaxt özüylə yanaşı maşında olan sərnişinin həyatını da riskə atıb. 

Qeyd edək ki, əlverişsiz hava şəraitində bu cür lüzumsuz manevrlər etmək qəza  ehtimalını daha da artırır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью