Yağışlı yolda sürüşən “Nissan” dərəyə aşdı VİDEO

15.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakı–Hacıqabul yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 14-də axşam saatlarında qeydə alınıb.

Belə ki, 90-HO-628 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq dərəyə düşüb. İlkin məlumata görə, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti nəticəsində avtomobilin sürüşməsi səbəb olub.

Hadisə nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Oxunub 254

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью