Yağları əridən pudinq

10.05.2025

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ən son qidalanma trendləri arasında yer alan çia pudinqi həm sizi tox saxlayır, həm də arıqlamağa kömək edir.

Medicina.az xəbər verir ki, haqqında danışdığımız "çia pudinqi"dir.

Çia toxumları südlə qarışdırıldıqda pudinqin konsistensiyasını alır və ləzzətli yeməyə çevrilir.


FAYDALARI

Əvvəla, çia toxumları liflə çox zəngindir. Bu o deməkdir ki, həzmi asanlaşdırır, bağırsaqları aktivləşdirir və uzun müddət tox saxlayır.

Pəhriz saxlayanların və ya sağlam qidalanmaya əhəmiyyət verənlərin sevimlisi olmasının ən böyük səbəbi budur.

Tərkibində bitki mənşəli omeqa-3 yağ turşuları da var. Ürək sağlamlığı üçün faydalıdır və bədəndəki iltihabı azaltmağa kömək edir. Üstəlik, yaxşı bir protein qaynağı olduğu üçün xüsusilə idman edənlər və ya ət yeməyənlər üçün idealdır.

Kalsium və maqneziumla da zəngindir. Başqa sözlə, sümük sağlamlığına töhfə verməklə yanaşı, əzələlərin və sinir sisteminin düzgün işləməsini də dəstəkləyir.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью