Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Omeqa-3 yağ turşuları ilə zəngin olan balıqları daha tez-tez istehlak edən qadınlarda serebrovaskulyar xəstəliklərdən ölüm riski onu daha az istehlak edənlərə nisbətən 19% daha aşağı olur.
“Cebheinfo.az” xəbər verir ki, "The Journal of Nutrition" jurnalında dərc olunmuş araşdırma bunu göstərir.
Tədqiqatçılar orta hesabla 20,8 il ərzində izlənilən 90944 Yaponiya sakininin məlumatlarını təhlil edilər.
Bu müddət ərzində 26.976 iştirakçı ölüb. Qadınlarda orta dərəcədə balıq və dəniz məhsulları istehlakı ümumi ölümün daha aşağı olmasına səbəb olub. Ən əhəmiyyətli əlaqə qızılbalıq, sardina və skumbriya da daxil olmaqla, yağlı balıqlarda müşahidə edilib. Kişilərdə ümumi dəniz məhsulları istehlakı ümumi ölümün azalmasına təsir etməyib, lakin duzsuz balıq və dəniz məhsulları istehlakı serebrovaskulyar xəstəliklərdən ölümün daha aşağı olması ilə nəticələnib.
Müəlliflər təkcə balığın növü deyil, həm də onun hazırlanma üsulunun vacib ola biləcəyini irəli sürürlər. Duzlu qidalarda çoxlu natrium var ki, bu da həddindən artıq istehlak edildikdə qan təzyiqini artırır və ürək-damar riskini artırır. Lakin tədqiqat müşahidə xarakterli olub və balıq istehlakının ölüm riskini birbaşa azaltdığını sübut etmək üçün ələ yetərli hesab olunmur.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin