Yağmursuz, çiskinli bazar günü

23.11.2024

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, noyabrın 24-də Bakıda və  Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi İlə əvəz olunacaq. Gecə 10-13°, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu,nisbi rütubət 70-80  faiz  olacaq.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi şərq rayonlarında  çiskin olacaq. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 13-18°, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq.

Q.QASIMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью