Yağmursuz, dumanlı və çiskinli...

15.01.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, yanvarın 15-də Bakıda və  Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. 

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.   Gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 70-80  faiz olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. 

Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı  gözlənilir. Bəzi yerlərdə  arabir duman olacaq. Qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq. 

Q.QASIMOV 
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью