Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 2-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 02-də gecə Şahdağda zəif qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.