Yağmursuz və dumanlı bir yaz günü...

08.05.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 16-18° , gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 24-29°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Q.QASIMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью