Yair Qolan: Yəhudi ekstremizmi İsrail üçün əsas təhdiddir

28.06.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Demokratlar Partiyasının lideri və İsrail Müdafiə Qüvvələrində ehtiyatda olan general-mayoru Yair Qolan dünən axşam İsrail əsgərlərinə hücum edən yerleşimcilərdən sonra "agressiv yəhudi ekstremizmini İsrail üçün ekzistensial təhdid" adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində qeyd edib.

"Ola bilər ki, bunu başlıqlarda yazmasalar da, İsrail Dövlətinə ən ciddi ekzistensial təhdid İran ya da Yəməndən deyil, daxildən gəlir. Kahaniçilər, milliyyətçilər və fanatiklər İsraildə bilərəkdən yəhudi və demokratik İsraili məhv etməyə çalışırlar," - deyə o qeyd edib.

Qolan günahsız insanlara və İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə qarşı zorakılığın "kənar bir hadisə" deyil, "çox dərin kök salmış və hətta hökumət masasında belə təmsil olunan təhlükəli bir axın" olduğunu vurğulayıb.

O, İsrailin "kəsişmə nöqtəsində" olduğunu, burada yəhudi və demokratik dövlət olaraq qalmaq ya da ekstremizm və mesyanizm yolunu seçmək arasında bir seçim olduğunu bildirib.

Qeyd edək ki, Qolanın bu mesajı, İsraildəki daxili ekstremizmə qarşı ciddi narahatlıq və ölkənin gələcəyi ilə bağlı ciddi məsələlərə diqqət çəkmək məqsədi güdür.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью