Yakob Neestrup: “Qarabağ” qələbəyə layiq idi”

01.10.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Qarabağ” “Kopenhagen”lə oyunda qələbəyə layiq idi”.

İdman.biz-in məlumatına görə, bunu Danimarkanın “Kopenhagen” komandasının baş məşqçisi Yakob Neestrup mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda “Qarabağ”a uduzduqları (0:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Rəqibin güclü olduğunu bilirdik. Birinci hissədə onlar mükəmməl oynadılar. İkinci yarıda çox dəyişiklik etdik. Aktiv oyun sərgilədik. İmkanları dəyərləndirə bilmədik. “Qarabağ” qələbəyə layiq idi. “Qarabağ” təcrübəli kollektivdir. Mükəmməl oyunçuları var. Baş məşqçiləri Qurban Qurbanovu da xüsusi qeyd etməliyəm”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью