Yakutiyada 330 min hektarlıq meşə yanğını söndürülür

03.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yakutiyada ümumi sahəsi 330 min hektardan çox olan 9 meşə yanğınının söndürülməsi davam etdirilir. Ərazidə ümumilikdə 52 yanğın ocağı qeydə alınıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, əməliyyatlara 688 nəfər canlı qüvvə və 49 xüsusi texnika cəlb olunub. Regionun şimal-qərbində vəziyyət stabilləşsə də, Mirnı, Olenyok və Nyurba rayonlarında gərginlik qalır.

Hazırda Yakutiyada regional fövqəladə vəziyyət rejimi qüvvədədir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью