Yakutiyada baş verən qəza nəticəsində 13 nəfər ölüb

21.07.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi iyulun 21-nə keçən gecə Yakutiyada Denisovski mədən və emalı zavodunun ərazisində baş vermiş qəzada ölənlərin dəqiq sayını açıqlayıb.

Qəza zamanı avtomobildə 33 nəfərin olduğu qeyd edilir. “Təəssüf ki, qəza nəticəsində 13 nəfər ölüb, 20 nəfər yaralanıb”, - deyə idarənin Telegram kanalında bildirilib. Daha əvvəl 15 nəfərin öldüyü bildirilirdi.

Yakutiyanın rəhbəri Aisen Nikolaev bildirib ki, növbəli avtomobil xidməti yoldan çıxıb. Təcili yardım xidmətləri hadisə yerindədir. Yakutskdan Neryunqriyə həkimlərin olduğu təcili yardım maşını göndərilib.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью