Yakutiyada dəhşətli qəza 5 ölü

11.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Yakutiyanın Aldan rayonunda minik avtomobili və yük maşınının toqquşuması nəticəsində yol qəzası baş verib. Minik avtomobilindəki beş sərnişin həlak olub.

Bakıvaxtı.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Toyota Prius” və "KamAZ" markalı avtomobillər toqquşub. Yük maşınının sürücüsü xəsarət almayıb.

Məlumata görə, hadisə yerində təcili xidmətlər işləyir. Qəza yerinə 15 mütəxəssis və beş texnika cəlb edilib. Magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью