Yakutiyada meşə yanğınlarının əhatə etdiyi ərazi 418 min hektara çatıb

05.08.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Yakutiya Respublikasında meşə yanğınlarının əhatə etdiyi ümumi ərazi 418 min hektara çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (MÇS) regional idarəsi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində regionda üç yeni yanğın ocağı qeydə alınıb, yanğının əhatə etdiyi sahə isə 31,4 min hektar artıb.

Hazırda respublikanın 11 rayonunda 76 meşə yanğını davam edir. Aktiv yanğın sahəsinin ümumi ərazisi 628,3 hektardır. Yanğınların söndürülməsinə 403 nəfər cəlb olunub.

Qurumun məlumatına əsasən, yaşayış məntəqələri və iqtisadi obyektlər üçün hazırda təhlükə yoxdur.

Xüsusi diqqət Eyik yaşayış məntəqəsinin mühafizəsinə yönəldilib. Burada 135 nəfər və 17 texnika işləyir. Kəndin ətrafında yanğının yayılmasının qarşısını almaq üçün mineral zolaq yaradılıb. MÇS bildirib ki, yaşayış məntəqəsinin bir tərəfi göllərlə təbii şəkildə qorunur, yaşayış ərazilərinə yaxın alov cəbhələri isə nəzarət altına alınıb.

Yakutiya Rusiyanın meşə yanğınlarına ən çox məruz qalan bölgələrindən biridir. 2024-cü ildə burada meşə yanğınları 3 milyon hektardan çox, 2025-ci ildə isə 160 min hektar ərazini əhatə edib. Bu il regionda yanğın mövsümü 8 mayda başlayıb.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью