Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Hər hansı bir şəxsin yalan dediyini necə başa düşə bilərsiniz?
Bu sual yalanlar yaranandan bəri insanların özlərinə verdikləri sualdır.
Kaliforniya Universitetinin professoru Leanne ten Brinke və onun komandası tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bizim intuisiyamız yalanları tutmaq üçün güclüdürlər, lakin bizim beynimiz bəzən bizi aldadır.
Moneta.az bildirir ki, nə yaxşı ki, yalanları aşkar etmək üçün bəzi əlamətlər mövcuddur.
Digər bir professor Lillian Glass "Yalan danışanların bədən dili" ("The Body Language of Liars") kitabının müəllifidir.
O, bildirir ki, bir şəxsin yalan danışdığını müəyyən etmək üçün insanın normalda necə davrandığını başa düşmək lazımdır.
Beləliklə, hər hansı bir şəxsin yalan danışmasının əlamətləri bunlardır: 1.
Yalan danışan insanlar başlarını tez-tez çevirməyə meylidirlər Birbaşa sual verdiyiniz anda əgər bir şəxs başını cəld hərəkət etdirirsə, onun sizə hər hansı bir şey barəsində yalan danışması mümkündür.