Yalan ölüm xəbəri yayanları nə gözləyir? AÇIQLAMA

20.02.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gün öncə sosial şəbəkələrdə guya Orxan Lökbatanlının vəfat etməsi ilə bağlı yalan məlumat yayılıb və bu xəbər qısa müddətdə geniş rezonans doğurub. Cəmiyyətdə çaşqınlıq və narahatlıq yaradan bu cür dezinformasiyaların qəsdən yayılması ciddi suallar doğurur.
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, ümumilikdə bu tip dezinformasiyaların yayılmasına görə qanunvericilikdə ayrıca cəza nəzərdə tutulmayıb:

“Lakin yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların mediada və ya internet resurslarında kütləvi şəkildə yayılması cinayət məsuliyyəti yarada bilər. Bu konkret halda isə yayılan məlumat birbaşa böhtan tərkibi daşımır. Sadəcə olaraq, Orxan Lökbatanlı mülki qaydada məhkəməyə müraciət edərək bu məlumatı tirajlayan media qurumlarına qarşı iddia qaldıra bilər. Bu müraciət Azərbaycan Konstitusiyasının 32-ci maddəsində təsbit olunan şəxsi toxunulmazlıq hüququna, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə - şəxsi həyatın toxunulmazlığı prinsipinə əsaslana bilər. Məhkəmə bu halda mənəvi zərərə görə kifayət qədər yüksək məbləğdə təzminat təyin edə bilər”.
Yəni, sosial şəbəkə istifadəçiləri və bəzi media resursları reytinq xatirinə dəqiqləşdirilməmiş məlumatları paylaşarkən ciddi hüquqi nəticələrlə üzləşə bilərlər. Yalan xəbərlərin fərdlərin psixoloji vəziyyətinə və ailə həyatına vurduğu zərər qanun qarşısında cavabdehlik yaradır.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью