“Yalan söhbətdir, necə yəni işə çıxmıram?” Fuad Ələsgərov

16.03.2025

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Son günlər bir sıra media resursları və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.

Turkustan.az Manset.az-a istinadən xəbər verir ki, Fuad Ələsgərov yayılan xəbərləri təkzib edib:

“Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir”, – deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью