Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı psevdotarixi (yalançı tarix) mühazirələr olmayıb.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa BƏƏ-nin Əbu-Dabi şəhərində Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlar barədə danışarkən bildirib.
“Danışıqlar çox çətindir. Amma biz Rusiya nümayəndə heyətinin tərkibində keyfiyyətcə dəyişiklik olduğunu qeyd edə bilərik. Bunlar başqa insanlardır və artıq həmin psevdotarixi mühazirələr yox idi”, - o vurğulayıb.