Yalandır, baş məşqçiyə etiraz etməmişəm Mahir Emreli

19.12.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Yazılan məlumatlar yalandır. Baş məşqçiyə etiraz etməmişəm".

Fanat.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı futbolçusu Mahir Emreli deyib.

27 yaşlı hücumçu Almaniya mətbuatının yaydığı xəbərin doğru olmadığını söyləyib:

"Hər şey qaydasındadır. Komandanın son matçlarda uğursuz çıxışına görə mediada baş məşqçi və oyunçular haqqında bu cür məlumatlar dərc olunur. Bilirəm, bu ölkənin mətbuatını oxuyursunuz, mənimlə maraqlanırsınız. Klub daxilində bu yazılanlara çox da önəm vermirlər".

Qeyd edək ki, yerli "nn.de" nəşri Mahir Emrelinin "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə görə baş məşqçi Miroslav Klozeyə etiraz etdiyini yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью