Yalçın Rəfiyev: Adaptasiya iqlim gündəmində əlavə seçim deyil, təcili zərurətdir | Icma.az
Icma.az bildirir, Report.az saytına əsaslanaraq. Adaptasiya artıq iqlim gündəmində əlavə seçim deyil, təcili zərurətdir.
"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olummuş "Milli Adaptasiya Planlarının hazırlanması və icrasında irəliləyişlər: Adaptasiya tədbirlərinin sürətləndirilməsi" adlı tədbirdə bildirib.
"İqlim dəyişiklikləri artıq buradadır. Onun təsirləri dünyanın müxtəlif bölgələrində artan intensivliklə hiss olunur, mövcud həssaslıqları a
Dəniz səviyyəsinin yüksəlməsindən tutmuş ekstremal hava hadisələrinə, quraqlıq və daşqınlara qədər problemlər olduqca böyükdür.
Qlobal İcmal göstərir ki, adaptasiya səylərimizdə geri qalırıq. Buna görə də, adaptasiya əvvəllər olmadığı qədər siyasi iradə tələb edir.
Biz qlobal miqyasda adaptasiya səylərini sürətləndirmək üçün təcili hərəkət etməli, ona lazımi diqqət və dəstək göstərməliyik.
Biz adaptasiya üzrə qlobal məqsədin, o cümlədən qlobal iqlim davamlılığı üçün BƏƏ çərçivəsinin həyata keçirilməsinə nail olmalıyıq", - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, Milli Adaptasiya Planları (NAP) iqlim adaptasiya gündəmi üçün mühüm əhəmiyyət daşıyır.
Tam oxu
Xəbəri oxu