Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 20 noyabr, AZƏRTAC COP29 zamanı mühüm məsələləri müzakirə etmək üçün hər cür şərait yarat
Tərəfləri danışmağa, prioritetlərini anlamağa, ədalətli və ambisiyalı həllər tapmaq üçün kollektiv məsuliyyət götürməyə təşviq etdik.
Tərəflərə razılaşma istəyi göstərdikləri üçün onlara minnətdarıq.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda turizm nazirlərinin görüşünün yekunu olaraq keçirilən mətbuat konfransında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
"Komandamız indi balanslaşdırılmış mətnləri təqdim etmək üçün fikirləri ümumiləşdirir.
Biz tərəflərə yekun razılaşmanın əldə edilməsində qərarlı göründüklərinə görə təşəkkür edirik.
Hesab edirəm ki, artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır.
Artıq adaptasiya üzrə qlobal hədəf, yeni kollektiv kəmiyyət hədəfi və BƏƏ ilə razılaşma üzərində işləyirik.