Yalçın Rəfiyev IGAD ın icraçı direktoru ilə görüşüb (Foto)

18.06.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 18-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika qitəsinin səkkiz ölkəsini birləşdirən Hökumətlərarası İnkişaf Təşkilatının (IGAD) icraçı direktoru Vorkneh Gebeyehu Negevo ilə görüşüb.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında ikitərəfli və beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və institusional mexanizmlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan və IGAD arasında siyasi, iqtisadi, təhsil, səhiyyə, iqlim, ictimai xidmət, nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью