Yalçın Rəfiyev: Maliyyə icranın mümkün olmasını təmin edən əsas amildir

07.09.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 sentyabr, AZƏRTAC

Bakıda keçirilən COP29-da razılaşdırılmış yeni iqlim maliyyəsi inkişaf etməkdə olan ölkələr üçün əlçatan və münasib maliyyə resurslarına çevrilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın açılış mərasimindəki çıxışında deyib.

Y.Rəfiyev bildirib ki, yeni iqlim maliyyəsinin məqsədi çərçivəsində 2035-ci ilədək illik ən azı 300 milyard ABŞ dollarının səfərbər edilməsi, maliyyə axınlarının isə illik 1,3 trilyon dollara qədər artırılması istiqamətində səylərin getdikcə real nəticələrə çevrilməsi vacibdir.

COP29-un Baş danışıqçısı qeyd edib ki, maliyyə iqlim fəaliyyətinin icrasının ikinci dərəcəli məsələsi deyil: “Maliyyə icranın yan məsələsi deyil. Maliyyə icranı mümkün edən əsas amildir”.

Onun sözlərinə görə, COP31-də iqlim öhdəliklərinin praktiki həyata keçirilməsi əsas müzakirə mövzularından biri olmalıdır və bunun üçün maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsi vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью