Yalçın Rəfiyev Manama Dialoqu Forumu çərçivəsində paneldə məruzəçi kimi çıxış edib FOTO

06.12.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

6 dekabr tarixində Bəhreyndə "20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu" öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan "Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı" mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Forum dekabrın səkkizinədək davam edəcəkdir.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью