Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. 21 oktyabr 2025-ci il tarixində UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında “Bakıdan Belem
XİN-dən APA-ya verilən xəbərə görə, tədbirin açılış sessiyasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş d
Öz nitqində Yalçın Rəfiyev Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyas
İqlim dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas rolunu vurğulayıb.
Yalçın Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı Yeni İqlim Maliyyə Məqsədi (NCQG), Bakıdan Belemə Yol Xəritəsi (1.3T), Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlıqların gücləndirilməsi; İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması, eləcə də COP29 sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslər kimi bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində və ondan sonra da regional və qlobal tərəfdaşlarla sıx əməkdaşlıqda iqlim fəaliyyətini gücləndirmək, elmi əsaslı və ədalətli iqlim keçidinə töhfə vermək niyyətində olduğu vurğulanıb.
UNESCO Baş direktorunun müavinləri COP29-un tarixi nəticələrinə vurğu edərək Azərbaycanın COP29 çərçivəsində və sonrakı dövrdə iqlim dəyişikliyi və UNESCO gündəliyində olan mövzular arasında sinerjinin qurulmasındakı dəstəyinə görə təşəkkür ediblər.
Yalçın Rəfiyev, Parisə səfəri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüş keçirib.