Yalçın Rəfiyev Ukrayna səfiri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

13.01.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xarici işlər nazirinin (XİN) müavini Yalçın Rəfiyev Ukraynanın Bakıdakı səfiri Yuri Qusevlə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Moderator.az xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.

Diplomat qeyd edib ki, görüş çərçivəsində beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunulub:

"Xarici işlər nazirinin müavini və GUAM Milli Əlaqələndiricisi Yalçın Rafiyevlə məhsuldar görüş keçirdim. İkitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etdik, Azərbaycana Ukraynaya davamlı dəstəyinə və humanitar yardımına görə təşəkkür etdim".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью