Yalçın Rəfiyevin yerinə təyinat

02.12.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinə kimin rəis təyin edildiyi məlum olub.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, bu vəzifəyə Samir Becanov gətirilib.

O, parlamentdə bu gün keçirilən ictimai dinləmədə çıxış edib. Samir Becanov COP29 baş danışıqçısının müavini olub.

Qeyd edək ki, XİN-in sözügedən idarəsinə ötən ilin sentyabr ayınadək Yalçın Rəfiyev rəhbərlik edib. O, Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью