Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Mərhum Xalq Artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə müğənni Meydan Əsgərovu atasının ifası ilə məşhurlaşan “İncə bellim” mahnısını icazəsiz ifa etməkdə ittiham etdi.
Bakupost.az xəbər verir ki, Mətin Rzazadə məsələ ilə bağlı “Günə uğurla” proqramında canlı efirə qoşularaq bildirdi.
“Mən neçə gündür özümə yer tapa bilmirəm, çünki artıq boğaza yığılmışam. Bu mərhum sənətkarın mahnılarından nə istəyirlər? Yalçın müəllim hər mahnısına canını qoyub. Mən onun illərlə tələbəsi və bu sənətdə davamçısı olaraq heç vaxt onun hər mahnısını ifa etməyə heç cürət etməmişəm. Keçən verilişlərin birində “Dədə Qorqud” filmində səslənən, musiqisi Emin Sabitoğlu, sözləri Anara məxsus olan mahnını eşitdim. Vallah, dəli oldum. Yalçın müəllimdən sonra o mahnını oxuyub bu hala salmaq...”.
Meydan Əsgərov isə xalq artistinin oğluna cavab verərkən, mahnının onun ifasında da bəyənildiyini vurğuladı:
“Açığı, belə söhbətlərə cavab vermək istəmirəm. Ola bilsin kimsə gündəmə gəlmək istəyir. Mən bu mahnını indi yox, 10 il əvvəl ifa etmişəm. Bu mahnı yalnız kinoda səslənirdi və heç kim cəsarət edib efirdə oxuya bilmirdi. Mənə də məsləhət gördülər ki, mahnı səsimə uyğundur. Beləcə, aranjıman etdim və oxudum. İnsanlar da bəyəndi, ona görə Allaha şükür edirəm ki, Yalçın Rzazadədən sonra mənim səsimdə bəyənildi”.
Yasəmən,
BakuPost