Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Ədliyyə Nazirliyi Yale Universitetini tibb fakültəsinə qəbul prosesində irqi meyarları qanunsuz şəkildə nəzərə alaraq hispanik və qaradərili tələbələrə üstünlük verməkdə ittiham edib.
"Cebheinfo.az" xəbər verir ki, nazirliyin açıqlamasında Yale Universitetinin Tibb Fakültəsinə qəbul zamanı orta bal və imtahan nəticələri daha aşağı olmasına baxmayaraq qaradərili və hispanik tələbələrin ağdərili və asiyalı tələbələrə nisbətən daha yüksək qəbul şansına malik olduqlarının müəyyən edildiyi bildirilib.
Nazirlik bu praktikanın qanunsuz olduğunu müdafiə edərək universiteti federal qanunlara əməl etməyə çağırıb.
Digər tərəfdən Yale Universiteti fakültəyə qəbul olunan tələbələrin ciddi akademik uğurlar nümayiş etdirdiyini və tibb fakültəsinin qəbul prosesinə etibar etdiklərini açıqlayıb.
Universitet Ədliyyə Nazirliyinin ittihamlarını araşdıracağını bildirib.Qeyd edək ki, ABŞ Prezidenti Tramp vəzifəyə gəldiyi gündən universitetlərdə irq əsaslı qəbul siyasətinə son qoyulmasını istədiyini dəfələrlə bəyan edib.
Hispanik nədir?
ABŞ-də geniş istifadə olunan bu termin əsasən ispandilli ölkələrlə bağlı mənşəyə malik insanları ifadə edir.
İspaniya mənşəli və ya ispandilli Latın Amerikası ölkələrindən - Meksika, Kolumbiya, Peru, Kuba, Puerto-Riko və digərlərindən olan və ya bu kökənə sahib şəxslər üçün istifadə olunur. Bu anlayış “irq”dən daha çox mədəni və dil kimliyini ifadə edir.
Qısaca desək, “hispanik” dedikdə tək bir irq yox, ortaq ispan dili və Latın Amerikası/İberiya mədəniyyəti nəzərdə tutulur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin