“Yalı Çapkını” bu tarixdə final edir

21.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Star TV-nin məşhur serialı “Yalı Çapkını”nın final tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Belə ki, ekran işi martda yayımlanacaq 100-cü bölümü ilə tamaşaçılara vida edəcək.

Qərarın verilməsinə səbəb serialın bu mövsüm gözlənilən reytinqi toplaya bilməməsidir. O da bildirilib ki, serial sürətlə izləyici itirməyə davam edərsə, final tarixi tezləşə də bilər.

Xatırladaq ki, ötən həftə “Yalı Çapkını”nın 87-ci bölümü efirə gedib. Yeni il həftəsində isə serial fasiləyə çıxacaq.

Qeyd edək ki, artıq 3 sezondur yayımlanan serialın baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью