“Yalı çapkını”nın son bölümlərində onları yenidən görəcəyik

20.03.2025

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin məşhur serialı “Yalı çapkını” aprelin 4-də 101-ci bölümlə final edəcək.

Sfera.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serialda izləyiciləri təəccübləndirəcək sürpriz yaşanacaq.

Belə ki, daha əvvəl “Tarık” obrazını canlandıran Baran Bölükbaşı son iki bölümdə yenidən tamaşaçıların qarşısına çıxacaq.

Digər sürpriz isə əsas obrazlardan biri olan “Halis Ağa”nın qayıdışı olacaq. Çetin Tekindor final bölümündə rolunu təkrar canlandıracaq və tamaşaçılara unudulmaz anlar yaşadacaq.

Həmçinin, serialın son çəkiliş günündə malikanədə xüsusi vida tədbiri keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью