Yalnız axmaqlar qəti və arxayın olurlar... Mişel de Montenin sitatları

13.09.2026

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün fransız intibah dövrünün yazıçısı və filosofu Mişel de Montenin anım günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.


Fəlsəfə ilə məşğul olmaq şübhə etməkdir.
***
Nəyəsə nail olan kimi başqa bir şey istəyirik.

***
Əgər yaxşı evlilik deyə bir şey varsa, o da sevgidən çox dostluğa bənzədiyi üçündür.

***
Əzab çəkməkdən qorxan insan artıq qorxduğu şeyin əzabını çəkir.

***
Müəyyən mənada başqaları üçün yaşamayan insan, demək olar ki, özü üçün də yaşamır.

***
Həyatım dəhşətli bədbəxtliklərlə dolu olub – bunlarınsa əksəriyyəti heç vaxt baş verməyib.

***
Bu günün həqiqəti həqiqətən var olan deyil, hər kəsin başqasını inanmağa vadar etdiyi şeydir.

***
Ən az bildiyimiz şeyə inandığımız qədər heç nəyə qəti inanmırıq.

***
Öz arqumentini səs-küy və əmrlə qəbul etdirməyə çalışan adam məntiqinin zəif olduğunu göstərir.

***
Çox bilmək çox vaxt daha çox şübhələnməyə səbəb olur.

***
Pulsuz hədiyyədən daha bahalı heç nə yoxdur.

***
İnsan tamamilə ağılsızdır. O, bir qurd yarada bilməz, amma onlarla tanrı yaradır.

***
Kəndlilərin cəmiyyətinə üstünlük verirəm, çünki onlar səhv mühakimə yürütmək üçün kifayət qədər təhsil almayıblar.

***
Var-dövlətin yoxluğu asanlıqla bərpa olunur, amma ruhun yoxsulluğunun əvəzi çıxarılmazdır.

***
Hadisələri idarə edə bilmədiyim üçün özümü idarə edirəm.

***
Özünüzdən bəhs etməyin, çünki uduzmağa məhkumsunuz: əgər özünüzü alçatsanız, sizə inanarlar; əgər özünüzü tərifləsəniz, inanmazlar.

***
Yalnız axmaqlar qəti və arxayın olurlar.

***
Düşünməkdən qorxmadığınızı deməkdən qorxmayın.

***
İnsana baş verənlərdən çox, baş verənlər haqqında onun fikri zərər vurur.

Rus dilindən tərcümə: Aydan Ağayeva

Dünya Köçəri Oyunları başa çatdı Ridli Skott kassada uğursuzluq yaşadı Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью