Yalnız bir çıxış yolu var: Makron istefa verməlidir Partiya lideri

29.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron istefaya getməlidir.

"Unikal" xəbər verir ki, bu barədə “Fəth edilməmiş Fransa” ifrat sol partiyasının lideri Jan-Lük Melenşon "X" hesabında yazıb. 

Hazırda Fransa parlamenti mübahisəli 2025-ci il büdcə layihəsini müzakirə edir. Parlamentin aşağı palatası bunu birinci oxunuşda rədd edib və sənəd baxılmaq üçün Senata göndərilib.

Büdcə ilə bağlı müzakirələr solçuların hökumətə etimadsızlıq ifadə edə biləcəyini istisna etmir.

Melanşon bu barədə yazıb: "Belə bir institusional tıxanma ilə qarşılaşdıqda, yalnız bir çıxış yolu var: Makron istefa verməlidir".

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью