Yalnız ölü balıqlar axın boyunca üzər... İtalyan yazıçıdan sitatlar

12.08.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün italyan yazıçı və şair Stefano Benninin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Allahın varlığını bilmirəm, amma yoxdursa, bu onun üçün daha yaxşı görünür.

***

Xəyalların arxasınca qaçmaq üçün bərk fiziki hazırlıq lazımdır.

***

Deyirlər ki, yaxşı bir ideya kainatın soyuq ənginlikləri kimi hüdudsuz, dondurma seçimi kimi isə dəqiq olmalıdır.

***

Tale sevgi tortunu doğrayır: bəzilərinə üç dilim düşür, bəzilərinə isə cəmi bir qırıntı.

***

Sənət elə budur: insanı diri-diri udmaq istəyən gündəlik adilikdən qaçış.

***

Əgər bir mələklə qarşılaşsanız, rahatlıq yox, qızdırma tapacaqsınız.

***

Pəncərədən daxil olan günəş şüasının içində həyatı bəzən havada görürük. Və ona toz deyirik.

***

Tarix bizə baxır və ümid edirəm ki, ürəyi bulanmaz.

***

Həm Platonun, həm də Devid Bouinin qeyd etdiyi kimi, aşiq olmaq dəhşətli bir şeydir.

***

Yalnız ölü balıqlar axın boyunca üzər.

***

İqtisadiyyatda zirək olmaq və başqalarının arzularını anlamaq lazımdır, amma ən əsası başqalarına hansı arzulara sahib olmalı olduqlarını öyrətməkdir.

Elnarə Abdullayevaya ağır itki Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair" "Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyil" - Mirzə Ələkbər Sabirin son müsahibəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью