Yalnız qız övladı olan valideynlər pensiyaya erkən yaşda çıxa bilər AÇIQLAMA | Icma.az
Icma.az bildirir, News24 saytına əsaslanaraq. Hər ailə oğlan övladına sahib olmur. Sadəcə qız övladı olan ailələr də çoxdur.
Nəzərə alsaq ki, oğlan övladı olanlar yaşa dolduqca onlar tərəfindən dəstək görür.
Eyni zamanda qızlar daha tez yaşda ailə qurur və ya onların qazancı bir o qədər də yaxşı olmaya bilir.
Bu səbəbdən də çox zaman onların valideyinlərinə maddi yardım etməkləri alınmır.Bunları nəzərə alarsaq sadəcə qız övladları olan valideyinlər daha erkən yaşda pensiyaya çıxa bilərmi?Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Əhməd Qəşəmoğlu danışdı .O, açıqlamasında bildirdi ki, aktual mövzudur və bu istiqamətdə xüsusi qanun layihələri qəbul edilə bilər:"Çox düşündürücü və aktual mövzudur.
Çünki Azərbaycan xalqı kimi spesifik xüsusiyyətləri olan xalqlarda bu məsələyə diqqətli olmaqda ehtiyac var.
Bəzi xalqlar var ki, orada valideyinə münasibətlə bağlı qız və oğlan arasında fərq yoxdur.
Amma bizim xalqlar kimi xalqlarda oğul və qız valideyini olmaq arasında fərq var.
Buna bəzi ailələrdə fərq daha ciddi görünə , bəzilərində isə o qədər də əhəmiyyət daşımaya bilər.
Tam oxu
Xəbəri oxu