Yalnız Ronaldodan geri qalır

21.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Yalnız Ronaldodan geri qalır

Rafinya La Liqanın ilk 7 turunda göstərdiyi məhsuldarlıqla diqqət çəkib.

QOL.az xəbər verir ki, "Transfermarkt"in məlumatına görə, “Barselona”nın braziliyalı futbolçusu cari mövsümdə keçirdiyi ilk 7 çempionat oyununda 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bu nəticə onu La Liqanın ilk 7 turunda məhsuldarlıq baxımdan Kriştiano Ronaldodan sonra ikinci pilləyə çıxarıb. Portuqaliyalı ulduz 2014/15 mövsümündə “Real”ın heyətində ilk 7 turda 13 qola imza atmışdı.

Rafinya Çempionlar Liqasında da fərqlənməyi bacarıb. O, Liqa mərhələsinin ilk turunda “Feyenoord”la 5:1 hesablı oyunda 2 qol vurub.

Qeyd edək ki, Rafinya 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, “Lids”dən transfer olunub və klubla müqaviləsini 2030-cu ilin iyununa qədər uzadıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью