Yalnız təmayül məktəbləri yaratmaqla məsələni həll etmək olmaz Münasibət

03.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Məktəb şagird üçün yalnız dərs keçilən məkan deyil. Heç kim bunu belə görməməlidir. Uşaq məktəbdə özünü rahat hiss etməli, müəllimlə münasibəti sağlam olmalı, marağına uyğun fəaliyyətlərə, layihələrə, klublara qoşula bilməlidir".

Bunu təhsil eksperti Günay Əkbərova deyib. Onun sözlərinə görə, təmayül və profil siniflərin, fərqli təhsil istiqamətlərinin yaradılması da bu baxımdan faydalıdır:

"Amma düşünürəm ki, yalnız təmayül məktəbləri yaratmaqla məsələni həll etmək olmaz. Hər məktəbdə şagirdin marağını, bacarığını və gələcək planlarını nəzərə alan daha çevik öyrənmə mühiti formalaşdırılmalıdır. Ən əsası isə davamiyyəti yalnız cəza və inzibati nəzarətlə artırmağa çalışmamalıyıq. Nəzarət mütləq olmalıdır, amma onun yanında məktəb-valideyn əməkdaşlığı, psixoloji dəstək, şagirdin motivasiyası və dərsin keyfiyyəti də dayanmalıdır".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью