Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Qarabağ”ı Çempionlar Liqasında pley-offa yüksəlmə münasibətilə Azərbaycan Premyer Liqasından yalnız üç klub təbrik etməyib.
Futbolpress.az xəbər verir ki, bunlar “Neftçi”, “Kəpəz” və “Karvan-Yevlax”dır.
Digər komandalar “Liverpul”la oyundan (0:6) sonra sosial şəbəkə hesablarında “Qarabağ”ı təbrik edən paylaşımlar ediblər.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində PSJ və ya “Nyukasl”la qarşılaşacaq. Püşkatma mərasimi sabah keçiriləcək.