Yalovada 5 milyon dollarlıq əqrəb zəhəri ələ keçirildi

15.07.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yalovada jandarma qruplarının keçirdiyi əməliyyat zamanı Suriyadan Türkiyəyə qanunsuz yollarla gətirilən təxminən 500 qram əqrəb zəhəri aşkar edilib.

Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, plastik şüşədə ələ keçirilən və analizlər nəticəsində əqrəb zəhəri olduğu təsdiqlənən maddənin bazar dəyərinin 5 milyon dollar olduğu təxmin edilir.

Zəhəri ölkəyə gətirərək müştəri axtaran Suriya vətəndaşları İ.A. və A.A. saxlanılıb. Kosmetika, əczaçılıq və elmi tədqiqatlarda istifadə edilən qiymətli maddə müsadirə olunub.

Faktla bağlı araşdırma aparılır.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью