Yalovadakı terraktla əlaqədar beş şübhəli saxlanılıb

29.12.2025

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Türkiyənin Yalova vilayətində baş verən dəhşətli hücumla əlaqədar beş şübhəli saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə
ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
"Yalovadakı İŞİD əməliyyatı ilə bağlı Yalova Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində beş şübhəli saxlanılıb",- deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı terror təşkilatı üzvləri ilə silahlı qarşıdurma nəticəsində 3 polis əməkdaşı şəhid olub.
Cavid
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью