Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb

22.07.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Krımın Yalta şəhərində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində 17 nəfər yaralanıb.

"RBC"-nın məlumatına görə, bu barədə Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib.

Onun sözlərinə görə, gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Yaltaya hücum edib. PUA-lardan biri çoxmərtəbəli yaşayış binasına düşüb.

Kryuçkov əvvəlcə 13 nəfərin yaralandığını, onlardan üçünün vəziyyətinin ağır olduğunu, 6 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

Daha sonra o, yaralıların sayının 17 nəfərə çatdığını açıqlayıb.

Ukrayna tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью