Yamaın təzminat dəyəri 1 milyard avro olacaq

22.11.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Barselona”nın vingeri Lamin Yamal klubu ilə yeni müqavilə imzalayacaq.

Apasport.az “Barca Universal”-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə hazırkı müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub, lakin Kataloniya klubu bunu sadəcə formallıq hesab edir.

Yamalın müqaviləsi futbolçunun 18 yaşı tamam olanda, 6 il müddətinə uzadılacaq. Artıq tərəflər müqavilənin şərtləri ilə bağlı kompromis əldə ediblər. Təzminatın məbləği 1 milyard avro olacaq.

İspaniyalı futbolçu cari mövsümdə 16 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

"Qarabağ"ın rəqibində maliyyə böhranı: 6 futbolçu satılacaq "Yuventus"da növbəti ayrılıq Jorjinyo "Beşiktaş"ın hədəfində Levandovskinin durumuna aydınlıq gəldi "Bavariya"da ciddi itki
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью