Yamal 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib

26.07.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Barselona"nın cinah oyunçusu Lamin Yamal İspaniyanın "Marca" nəşrinin versiyasına görə 2024/25 mövsümündə dünyanın ən yaxşı futbolçusu seçilib.

İdman.biz xəbər verir ki, 18 yaşlı ispaniyalı "Los 100 de Marca" səsverməsində 3310 xal toplayıb.

Sorğuda "Marca"nın jurnalistləri, keçmiş futbolçular və məşqçilər daxil olmaqla 133 ekspert iştirak edib.

Mövsümün 10 ən yaxşı futbolçusu siyahısına həmçinin Usman Dembele (PSJ, 3100 xal), Vitinya (PSJ, 2732), Rafinya (Barselona, 2467), Kilian Mbappe ("Real", 2292), Pedri ("Barselona", 2035), Məhəmməd Salah ("Liverpul", 2022), Aşraf Hakimi (PSJ, 1371), Nunu Mendeş (PSJ, 1162) və Canluici Donnarumma (PSJ, 1070) da daxil olub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью