Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mançester Yunayted”in hücumçusu Markus Raşford “Barselona”nın 19 yaşlı vingeri Lamin Yamalın istedadından danışıb.
QOL.az xəbər verir ki, ötən mövsüm Kataloniya təmsilçisində icarə əsasında çıxış edən ingiltərəli futbolçu “Mundo Deportivo”ya açıqlamasında Yamalı Lionel Messi ilə müqayisə edib.
“Barselonanı tərk etməzdən əvvəl Lamin Yamalın özünə də dedim ki, karyeram ərzində çox istedadlı futbolçularla bir komandada oynamışam. Amma o, hamısından bir neçə baş üstündür.
Həyatımda heç vaxt bu yaşda belə böyük təbii istedada malik futbolçu görməmişəm. Bütün bu illər ərzində Messi səviyyəsinə ən çox yaxınlaşan oyunçu odur. Ona sonsuz inamım var. Yamal 7 “Qızıl top” qazansa, təəccüblənmərəm. O, artıq səsvermədə ilk üçlükdə yer alıb. Özü də cəmi 19 yaşında”, - deyə Raşford bildirib.