Yamal artıq pulsuz avtoqraf verə bilməyəcək

17.10.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın futbolçusu Lamin Yamal artıq azarkeşlərə pulsuz avtoqraf verə bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

18 yaşlı cinah oyunçusu öz avtoqrafı olan malları (butslar, formalar və digər əşyalar) satacaq bir şirkətlə yeni indossament müqaviləsi imzalayacaq.

Beləliklə, oyunçunun imzası olan unikal malların qiymətini aşağı salmamaq üçün Yamaldan avtoqrafları pulsuz verməmək tələb olunub. Bildirilib ki, klub Yamalın müəyyən sayda avtoqrafını almağa çalışır.

Müqavilənin hələ bağlanmadığı, lakin bütün tərəflərin razılığa gəldiyi qeyd edilir. Lamin Yamal artıq "Adidas", "Beats", "Powerade", "Oppo", "Konami" və "Nesquik" də daxil olmaqla bir neçə tanınmış brendin simasıdır. Eyni zamanda o, UNICEF-in səfiridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью