Yamal bir neçə aylıq sıradan çıxan Qaviyə dəstək olub

24.09.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Barselona"nın futbolçusu Lamin Yamal keçirdiyi əməliyyatından sonra 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq komanda yoldaşı Qaviyə dəstək olub.

İdman.biz bildirir ki, 21 yaşlı futbolçunun ən azı fevral ayına kimi yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Yamal sosial şəbəkədə Qavi ilə fotosunu paylaşaraq, "Döyüşçüm, heç bir şübhəm yoxdur ki, tezliklə, həmişəki kimi güclü olacaqsan. Səni heç nə dayandıra bilməz. Hamımız səni gözləyirik. Səni çoxlu qüvvə arzulayıram. Mən səni sevirəm", sözlərini yazıb.

Qavi avqustun əvvəlində zədə alıb. Bu mövsüm o, La Liqada iki matçda iştirak edib və məhsuldar ötürmə edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью