Yamal bu gün oynaya biləcək?

23.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın vingeri Lamin Yamal barədə danışıb.

Publika.az xəbər verir ki, almaniyalı mütəxəssis 17 yaşlı futbolçunun La Liqanın 14-cü turunun "Selta" ilə matçında iştirak edə bilməyəcəyini bildirib:

“Lamin "Selta"ya qarşı oynaya bilməyəcək, nə vaxt hazır olacağını görəcəyik. Meydana qayıtdığı zaman tamamilə sağlam olması vacibdir”.

Yamal sağ topuğundan zədə alıb. Onun meydanlara nə vaxt qayıdacağı açıqlanmır.

Qeyd edək ki, "Selta" - "Barselona" matçı bu gün saat 00:00-da keçiriləcək.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью