Yamal: “Bu mükafatı aldığım üçün xoşbəxtəm”

20.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“France Football” nəşrinə görə, ilin ən yaxşı gənc futbolçusu seçilən Lamin Yamal fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “Barselona”nın vingeri mükafatı qazanması haqda bunları deyib:

“France Football” nəşrinə təşəkkür edirəm. Eyni zamanda, İspaniya millisinin baş məşqçisi Luis de La Fuentaya, “Barselona”nın əvvəlki çalışdırıcısı Xaviyə və indiki məşqçimiz Hans-Diter Flikə minnətdaram. Bu mükafatı aldığım üçün xoşbəxtəm. Ailəmə, komanda yoldaşlarıma təşəkkür edirəm”.

Yamal bu il 17 yaşında Avropa çempionu olub. O, 1994-cü ildə Braziliya ilə dünya çempionu olan Ronaldo ilə müqayisə olunmasından söz açıb:

“Ronaloya çatdım? O, inanılmaz oyunçudur və ümid edirəm ki, mənim də karyeram elə olacaq. O, inanılmaz futbolçu idi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью