Yamal dünya futbolu tarixinə düşdü KONKRET

20.07.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya millisinin vingeri Lamin Yamal dünya futbolu tarixinə düşüb.

KONKRET.az qol.az-a istinadla xəbər verir ki, bu barədə “Opta” statistik portalı məlumat yayıb.

İspaniyanın Argentina üzərində əlavə vaxtda qazandığı 1:0 hesablı qələbə ilə başa çatan DÇ-2026-nın finalında meydana çıxan Yamal 19 yaşına qədər həm Avropa çempionatını, həm də dünya çempionatını qazanan ilk futbolçu olub.

Xatırladaq ki, Yamal 2024-cü ildə İspaniya millisinin heyətində Avropa çempionu olmuşdu.

17 yaşlı futbolçu başa çatan dünya çempionatında bütün 8 oyunda iştirak edib və 1 qol vurub. O, Almaniyada keçirilən Avro-2024-də də komandasının bütün 7 matçında forma geyinib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Bunlardan biri final oyununda qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью